İntizam Komitəsi klubları yenə cəzalandırdı
20 Avqust 2013 14:56 İdmanAFFA İntizam Komitəsi Topaz Premyer Liqasında III tur başa çatdıqdan sonra bəzi klubları cəzalandırıb. "Qafqazinfo affa.az saytına istinadən xəbər verir ki, XXII Topaz Premyer Liqasının III turunun "Neftçi" - "Simurq" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 42-ci dəqiqəsində "Neftçi" klubunun futbolçusu Elvin Yunuszadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və futbolçu 1 oyunluq cəzalanıb, klub daha 200 manat cərimə olunub Oyunun 8, 31 və 73-cü dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün "Neftçi" 1000 manat cərimə ödəməli olacaq. "İnter" - AZAL matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. "Qarabağ" - "Xəzər Lənkəran" oyununun 26-cı dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə ödəyəcək.
"Sumqayıt" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 61-ci dəqiqəsində "Qəbələ" klubunun 6 №-li futbolçusu Vlodomir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.