Patris Evra "Mançester Yunayted"i "Qalatasaray"a dəyişir?

İstanbulun "Qalatasaray" futbol klubu daha bir səs-küylü transferlə azarkeşlərini sevindirməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhənginin bu dəfəki transfer hədəfi "Mançester Yunayted"in fransız forvardı Patris Evradır. Türkiyənin "Milliyet" qəzeti yazır ki, "qırmızı şeytanların" 32 yhaşlı forvardı ingilis klubu ilə yollarını ayrımağa qərar verib. Belə ki, yeni baş məşqçi David Moyes onu ilk 11-də meydana buraxmayacağını açıq şəkildə deyəndən sonra, portuqaliyalı futbolçu özünə yeni klub axtarmağa başlayıb. Qəzet iddia edir ki, artıq "Qalatasaray"ın menecerləri futbolçu ilə təmasa keçərək onu "Qalatasaray"a dəvət ediblər. Məlumata əsasən, ulduz futbolçu da "Qalatasaray"da çıxış etməyə müsbət yanaşır və yaxın günlərdə bu məsələyə konkret aydınlıq gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31