Arda Turan və Burak Yılmazla bağlı şok iddia!

İngiltərə Premyer Liqasına məğlubiyyətlə başlayan "Arsenal" Türkiyə millisinin 2 aparıcı futbolçunu transfer edə bilər. Apasport.az saytının məlumatına görə, London təmsilçisinin baş məşqçisi Arsen Venger hazırda "Atletiko"da forma geyinən Arda Turan və "Qalatasaray"ın şərəfini qoruyan Burak Yılmazın xidmətində maraqlıdır.
Belə ki, Çempionlar Liqasının pley-off mərhələsində "Fənərbağça"ya rəqib olacaq "Arsenal" artıq Madrid klubuna 30 milyon avro təklif edib. Bunu İngiltərə və İspaniya mətbuatı da təsdiqləyib. Hətta iddia olunur ki, Venger Luis Suaresin transferinin alınmamağından sonra Burakın "Arsenal"a gəlməsini istəyir.
Londonlular Fatih Terimin "Qalatasaray"da "qələmini qırdığı" hücumçu üçün isə 25 milyon avrosundan keçməyə hazırdırlar.
Yeri gəlmişkən, az öncə "sarı-qırmızılar" Burakın transfer məbləğini açıqlayıblar. Maraqlıdır ki, "Arsenal"ın 25 milyon avroya almaq istədiyi hücumçuya 17 milyon qiymət qoyulub. Özü də bu məbləğin 7 milyonunun nağd, 10 milyonunun isə 1 il içərində ödənilməsi istənilir.
Qeyd edək ki, son mövsümün bombardiri olan Yılmaz "Arsenal"la yanaşı, "Atletiko" və "Napoli"nin də maraq dairəsindədir. Lakin italiyalılar 4 il müddətində kluba 10 milyon avro ödəməyə hazır olduqlarını bəyan etsələr də, "Qalatasaray" bu təklifə razı olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31