Alpinistlərimiz “Xan Tenqri” zirvəsini fəth etdilər, “Qar bəbiri”nə bir addım qaldı

Azərbaycan alpinistləri, Azərbaycan Alpinizm Federasiyasının üzvləri Firuz Dadaşov və Sirxan Məmmədov Tyan-Şan dağlarının "Xan Tenqri"  zirvəsinə çatıblar. Zirvənin hündürlüyü 7010 metrdir. Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, bu barədə Firuz Dadaşov peyk telefonu vasitəsilə məlumat verib. F.Dadaşovun sözlərinə görə, yürüşə pis hava şəraiti və güclü qar mane olurdu. Lakin bütün çətinliklərə baxmayaraq, alpinistimiz zirvənin fəthinə nail olublar.

Artıq idmançılarımız baza düşərgəsinə eniblər. Onlar uzun və ağır yürüşdən sonra düşərgədə bir neçə gün istirahət edəcəklər.

Daha sonra isə alpinistlərimiz "Qələbə" zirvəsini fəth etmək üçün yürüşə başlayacaqlar. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31