Milinko Pantiç: “Qələbə qazanmağımız məni sevindirir”
Sonadək komandalar mübarizə apardı
19 Avqust 2013 11:26 İdmanTopaz Premyer Liqasının 3-cü turunda "Bakı" doğma meydanda "Rəvan"ı qəbul etdi. İlk iki turda məğlubiyyət acısı dadmış komandaların mübarizəsindən "Bakı" qalib ayrıldı -5:0. ANS PRESS xəbər veriri ki, Milinko Pantiç oyunla bağlı fikirlərini bildirib. "Bakı" klubunun baş məşqçisi komandanın oyunundan razı qalıb.
"İlk dəqiqələrdən sonadək komandalar mübarizə apardı. Qələbəyə görə futbolçularıma təşəkkür edirəm. İsti havada oynamaq çətin idi. Son iki məğlubiyyətdən sonra üzərimizdə təzyiq var idi. Qələbə qazanmağımız məni sevindirir. Qələbələrimizin ardını gətirəcəyimizə inanıram"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31