Fernando Muslera “Monako”nun hədəfində
16 Avqust 2013 20:09 İdmanFransa "Monako" futbol klubu "Qalatasaray"ın qolkiperi Fernando Musleranı transfer etmək qərarına gəlib. Siasportun verdiyi xəbərə görə, bu barədə klubun vitse-prezidenti V.Vasilyev Fransa KİV-ə məlumat verib. Uruqvaylı futbolçu ilə görüşən "Monako" rəsmiləri onun transferinə 16 milyon avro ödənilməsinə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, qolkiperin "Qalatasaray"la bağlanmış müqaviləsinin müddəti 2015-ci ilin axırında başa çatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31