Yuri Syomin: "Qurbanovun çox yaxşı komandası var"
17 Avqust 2013 01:26 İdman"Qəbələ"nin baş məşqçisi Yuri Syominin azerisport.az saytına müsahibəsi
- "Sumqayıt"la oyunun hazırlıqları necə gedir?
- Qəbələdə məşqlərimizi davam etdiririk. Zədəli oyunçularımız yoxdu. Bu gün yığma komandaya yollanan iki futbolçumuzun düşərgəyə dönməsini gözləyirik.
- "Sumqayıt" barədə nə bilirsiz?
- Gənc, iddialı komandadı. Onların "Qarabağ"la oyunlarına baxmışam. Özüm üçün müəyyən nəticələr çıxarmışam. İstənilən halda daha çox öz oyunumuza diqqət yetirməli olacağıq. Biz öz oyunumuzu yaxşılaşdırmağa çalışmalıyıq. Şübhəsiz ki, növbəti qələbə qazanmaq istəyirik.
- Komandanızın mövsümə startından razısız?
- Hələ ki, hər şey yaxşı gedir. Biz buna hazır idik. Yaxşı heyətimiz və ehtiyat qüvvəmiz var.
- Sizin ümidlərinizi tam doğrulda bilməyənlər var?
- Belə futbolçu komandamda müşahidə olunmur. Demək olar ki, hamı eyni dərəcədə hazırlıqlıdı. Fərdi planda uşaqlar özlərini yaxşı tərəfdən göstərirlər. Qalır sadəcə komanda şəklində çıxışımızı daha da yaxşılaşdırmaq.
- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun adı tez-tez yığmanın çalışdırıcısı Berti Foqtsla yanaşı çəkilir, onun milliyə gətiriləcəyi bildirilir. Sizcə, belə xəbərlər gənc mütəxəssisə mane olmur ki?
- İlk növbədə onu qeyd etmək istərdim ki, Qurbanovun çox yaxşı komandası var. Sualınıza gəlincə, bu, daha çox AFFA rəhbərliyinə ünvanlanmalıdı. Hesab edirəm ki, buna mənim münasibət bildirməyim düzgün olmaz. Qurbanova sadəcə bir şeyi arzulaya bilərəm ki, komandası Almaniyanın "Eintracht" klubunu Avroliqanın pley-off mərhələsində mübarizədən kənarlaşdırsın.
- Sizcə, Ağdam klubu buna qadirdi?
- Düşünürəm ki, hə. "Qarabağ" hazırda yaxşı kondisiya toplayıb. Rəqib üçün isə mövsüm yenicə başlayıb. Özü də Bundesliqanın ilk turunda darmadağın oldular. Ağdam komandası üçün kifayət qədər keçiləsi bir rəqibdi.