Qaret Beyl “Real”a transfer oluna bilər

"Tottenhem"in prezidenti Daniel Levi Qaret Beylin "Real"a transfer olunması üçün 85 milyon avro və müdafiəçi Fabio Koentraonun kluba verilməsi təklifi ilə çıxış edib. Bu barədə Siasport məlumat verir. Fabionun qiymətləndirilməsi ilə bağlı klub rəhbərlikləri arasında mövcud olan fikir ayrılıqları transferin reallaşmasına mane olur. Belə ki, "Real" müdafiəçinin keçidi üçün 25 milyon tələb etsə də, "Tottenhem" 20 milyon avro ilə razılaşacağını bildirir. Transfer həmin şərtlərdə baş tutduğu təqdirdə Qaret Beylin "Real"a keçidi 110 milyon avroya başa gəlmiş olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31