Mesut Özilə 50 milyonluq təklif

“Mançester Yunayted” Mesut Özilə elçi düşüb

"Mançester Yunayted" "Real" Madrid və Almaniya milli yığmasının futbolçusu Mesut Özilə elçi düşüb. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ingilis klubu məşhur türk oyunçuya görə "Real" Madridə 50 milyon dollar təklif edib. İspaniya televiziya proqramlarının birində şərhçi Ciro Lopez "Mançester Yunayted"in texniki direktorunun da Mesutu çox istədiyini deyib.

Əlavə olaraq bildirib ki, klub da, futbolçu da bu təklifi normal qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31