Mişel Platinidən Azərbaycan nümunəsu
16 Avqust 2013 12:39 İdmanUEFA prezidenti Mişel Platini 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkündə islahatlara başlayır. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun başçısı İspaniya ilə Cəbəllütariq yığmalarının ayrı-ayrı qruplara düşəcəyi ilə bağlı artıq qərar verib.
Belə ki, ölkələr arasında müharibə vəziyyəti ilə əlaqədar diplomatik gərginliyin olduğunu nəzərə alan Platini Ermənistanla Azərbaycanın münasibətlərindən nümunə götürüb. Bunun nəticəsidir ki, UEFA bu 2 ölkənin yığmaları seçmə mərhələdə bir-birinə rəqib etmir. Bu da Platininin quruma prezident gəlişindən sonra baş verib.
Millimiz 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistanla bir qrupa düşsə də, oyunları hətta neytral meydanda keçirmək variantı alınmadı. Nəticədə 2007-ci ilin sentyabrında 4 gündə keçirməyi nəzərdə tutulan matçlar baş tutmadı.
Platini bundan sonra həm Azərbaycanla Ermənistanı, həm də Rusiya ilə Gürcüstan arasında olan gərgin münasibətləri nəzərə alaraq, bu ölkələrin yığmalarını da seçmə mərhələdə bir qrupa salmır.
Qeyd edək ki, yüksək liqada 6 komandası və 600 qeydiyyatda futbolçusu olan, 30 min əhaliyə malik Cəbəllütariq İngiltərənin dəstəyi ilə 1997-ci ildə FİFA-nın üzvü olub. Ancaq UEFA onu yaxında tanıdığından, millisi növbəti il seçmə mərhələdə debüt edəcək.