Ronaldu: "Mourinyo buna dəyməz"
16 Avqust 2013 12:38 İdman"Real"ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldu sabiq baş məşqçisi Joze Mourinyonun adını belə çəkmək istəməyib. Apasport.az saytının məlumatına görə, ölkəsinin Hollandiya ilə oynadığı hazırlıq matçından sonra jurnalistlərin suallarını cavablandıran təcrübəli hücumçu Mourinyo haqda danışmaqdan imtina edib.
28 yaşlı futbolçu həmyerlisi barədə bunları deyib: "Onun adını belə çəkmək istəmirəm. Çünki o buna dəyməz".
Ronaldu yeni çalışdırıcısı Karlo Ançelotti barədə də danışıb: "İspaniya La Liqasında və Çempionlar Liqasında uğur qazanmaq istəyirik. Komandamız çox güclüdür və yaxşı baş məşqçimiz var. Məqsədimizə çatmaq üçün var gücümüzlə mübarizə aparacağıq".
Qeyd edək ki, hazırda İngiltərə klubu "Çelsi"ni çalışdıran Mourinyo mətbuata Kriştianu Ronaldu haqda danışarkən "Mən braziliyalı gerçək Ronaldu ilə çalışmışam" demişdi.