Nikola Qliqorovu əvəzlədi, qəhrəman oldu
16 Avqust 2013 03:45 İdman"Xəzər Lənkəran"ın makedoniyalı futbolçusu Nikola Qliqorov millidə növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Makedoniya millisi evdə Bolqarıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib. Əsas heyətdə meydana çıxan Nikola 71-ci dəqiqədə əvəzlənib. Maraqlıdır ki, oyunun taleyini məhz onun yerinə meydana çıxan futbolçu həll edib. Belə ki, Aleksandr Traykovski vurduğu 2 -ci qolla makedoniyalılara qələbə qazandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31