Arda Turan Türkiyədən imtina etdi
Futbolçu heç bir türk klubunda forma geyməyi planlaşdırmır
14 Avqust 2013 20:01 İdman"OLAYLAR"ın Türkiyə mediasına istinadən məlumatına görə, bu haqda Atletiko Madridli futbolçunun meneceri məlumat verib. Ahmet Bulud futbolçunun növbəti ildə də Atletiko Madriddə forma geyəcəyini deyərək futbolçu üçün gələn təkliflərin klub tərəfindən rədd edildiyini də söyləyib: "Ən azı bir il Arda Turan Atletiko Madriddə forma geyinəcək. Heç bir klub buna görə ümidlənməsin. Futbolçunun gələcəkdə hansı ölkənin klublarına transfer olunmasına gəldikdə isə planlarımızda heç bir türk klubu yoxdur. Ardanın transferi üçün müxtəlif ispan klublarından həmçinin Fransadan da təkliflər gəlib. Amma klub rəhbərliyi onu satmaqdan imtina edib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31