Azərbaycanın futbol çempionatında dəyişiklik

AFFA İcraiyyə Komitəsi Premyer Liqada legioner limitini dəyişdirdi

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda bir sıra vacib qərarlar qəbul edilib. ANS PRESS-in verdiyi xəbərə görə, iclasda əsas müzakirə mövzularından biri legioner limiti olub. İcraiyyə Komitəsi Premyer Liqada legioner limitini dəyişməyə qərar verib.  Yeni qərara görə, artıq növbəti mövsümdən Azərbaycan çempionatında bir matçda əsas heyətdə altı legioner oynayacaq. Əvvəllər bu limit 7 nəfər idi. Digər beş futbolçunun isə yerli oyunçular olması təsdiqləndi. Onlardan ikisinin yaşı isə 21-i keçməməlidir.  İcraiyyə Komitəsinin qərarına görə, Premyer Liqanı bir komanda tərk edə bilər. Belə ki, cari mövsümü 10-cu pillədə bitirən komanda növbəti mövsümə Birinci Divizionda başlayacaq. Aşağı liqanın qalibi isə Premyer Liqada çıxış edəcək.

Yeni qərara görə, birinci divizionda 21 yaşadək futbolçulara görə tətbiq olunan limit də dəyişdirilib. Onların sayı səkkizdən altıya endirilib.

Komitənin yeni qərarına əsasən bu mövsümdən etibarən U-12 və U-19 liqaları keçiriləcək.

İndiyə kimi U-11, U-13, U-15, U-16 və U-17 liqalarını keçirirdi. Bundan başqa qızlar arasında U-15 və U-17 liqaları təşkil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31