“İnter”in ilk rəqibi bəlli oldu

"İnter"in U-12 komandası Türkiyədə keçirilən "The children champion cup Lukoil" yarışında iştirak edir. Apasport.az klub saytına istinadən xəbər verir ki, komanda artıq Türkiyədədir və "Mardan Sports Complex"də məskunlaşıb.
Makedoniyanın "Vardar" komandası turnirə qatılmadığından püşkatma mərasimi baş tutmayıb və buna görə də komandalar bir-birilə qarşılaşacaq. "İnter" qardaş ölkənin məşhur "Qalatasaray" komandasıyla üz-üzə gələcək. Oyun bu gün Bakı vaxtıyla saat 20.30-da başlayacaq.
Qeyd edək ki, "İnter"dən başqa turnirdə Türkiyənin "Qalatasaray" və "Antalyaspor", Bolqarıstanın "Slaviya" və Gürcüstanın "Dinamo"(Tbilisi) komandaları mübarizə aparacaq. Yarış ayın 13-dən 16-na kimi davam edəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31