Yuri Syomin: O, mənim yaratdığım komandanı dağıtdı

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Kiyev "Dinamo"sunun çalışdıran Oleq Bloxini tənqid edib. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis Ukraynanın ən titullu komandasının son vaxtlar üzləşdiyi uğursuzluqlarda əsas günahkar Bloxini sayır.
Syomin bildirib ki, ukraynalı həmkarı onun illərdə yaratdığı komandanı dağıdıb: "Biz Çempionlar Liqasında, Avropa Liqasında oynayırdıq. Nə isə alınırdı, nə isə yox, ancaq komandada vəhdət vardı. Mənə prezident transferlərə 10 dəfə az vəsait ayırırdı. Ancaq "Dinamo" "Şaxtyor"la çempionluq uğrunda mübarizə aparan maşın idi. Turnir cədvəlinə baxın, çempionatda 8-ci yerdə gedən komanda Kiyev "Dinamo"sudur. Bəs hansı çempionatda? İngiltərə? Fransa? Almaniya? Yox, Ukrayna. "Dinamo" I liqa səviyyəsində oynayır. Mən komandanı 4 il qurdum, məni isə az nəticələrə görə işimdən azad etdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31