“Messi istəməsə, heç kim birinci ola bilməz”
14 Avqust 2013 02:59 İdman"Barselona" klubunun futbolçusu Jordi Alba komanda yoldaşı Lionel Messi haqqında maraqlı fikirlər bildirib. Publika.Az xəbər verir ki, futbolçu "Marca"ya açıqlama verib. Alba argentinalı oyunçunun hər zaman bir nömrə olduğunu deyib:
"Messi bir nömrədir! Kimsə ona yaxınlaşa bilməz. O, istəməyənə qədər heç kim birinci ola bilməz". Yeni çalışdırıcıları Jerardo Martina haqqında da danışan ispaniyalı futbolçu baş məşqçilərindən də razılıq edib: "Martino futboldan kənar başqa bir şey barədə danışmır. Sadəcə futboldan danışır və bizə meydanda nə etməli olduğumuzu deyir. Nə oyun tərzimiz, nə də sistemimiz dəyişib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31