Aleksandr Mitroviç “Anderlext”də

Serbiyalı futbolçu Aleksandr Mitroviç Belqradın "Partizan" klubundan Brüsselin "Anderlext" klubuna transfer olunub. Siasportun verdiyi xəbərə görə, hücumçunun avqustun sonunda "Anderlext"in tərkibinə qatılacağı bildirilir. 19 yaşlı idmançı gənclər arasında ölkə yığmasının əsas heyətində çıxış edib. Futbolçunun "Partizan"da oynadığı müddətdə vurduğu qollar komandasına ölkə çempionu titulunu qazanmağa xeyli köməklik edib. Onun transferindən sonra klubun direktorlar şurası üzvlərindən biri buna etiraz edərək şuranın üzvlüyündən çıxıb. Lakin klub rəhbərliyi hücumçunun keçidindən əldə olunan vəsaitin "Partizan"ın maliyyə problemlərini həll etməyə yardımçı olacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31