"Beşiktaş" "Milan"dan futbolçu transfer edir?

İstanbulun "Beşiktaş" futbol klubu daha bir transfer reallaşdırmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, "qara qartallar" bu dəfə "Milan"ın forvardı Luka Antoninini heyətə qatmaq üçün hərəkətə kerçiblər. Türkiyə mediyası yazır ki, "Beşiktaş" rəhbərliyi baş məşqçi Slaven Biliçin istəyi ilə 31 yaşındakı futbolçu üçün İtaliya klubuna rəsmi təklif göndərib. Məlumata əsasən artıq "Beşiktaş"ın menecerləri də futbolçunun transferi üçün "Milan"la danişıqlara yollanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31