Yuri Syomin “Qəbələ”nin uğurlu startını sirrini açdı
12 Avqust 2013 14:28 İdmanYuri Syomin baş məşqçisi olduğu "Qəbələ"nin Azərbaycan çempionatında uğurlu startını şərh edib. Apasport.az saytının məlumatına görə, təcrübəli rusiyalı mütəxəssis ölkəmizdə debüt mövsümünün ilk 2 turunda "Bakı" və "İnter" üzərində əzmkar qələbəyə sevinib.
Syominin fikrimcə, "Qəbələ" buna göstərdiyi xarakter hesabına nail olub: "Biz ilk oyunda olduğu kimi, ötən çempionatda "Qəbələ"dən yuxarıda dayanan komandalara qalib gəldik. Hər 2 matç çox gərgin alındı. Ancaq komandamız xarakter göstərə bildi. Bu isə sonda qələbə ilə nəticələndi".
Qeyd edək ki, ötən çempionatı 6-cı yerdə başa vuran "Qəbələ" özündən 1 pillədə olan "Bakı"nı səfərdə 2:1, bürünc medalçı "İnter"i evdə 3:2 hesabı ilə yenib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31