Azərbaycanda yeni futbol mövsümündə ilk baş məşqçi dəyişikliyi oldu
12 Avqust 2013 11:44 İdmanMövsümün startında istədiyi nəticələri qazana bilməyən "Rəvan" klubu baş məşqçi dəyişikliyini həyata keçirib.Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, ilk 2 turdakı məğlubiyyətlərdən sonra Ramil Əliyev istefa ərizəsini rəhbərliyə təqdim edib və bu rəhbərlik tərəfindən qəbul olunub.Artıq onun boşaltdığı postu kimin tutacağı da dəqiqləşib. Klubun saytından verilən açıqlamada yeni baş məşqçinin Vladislav Qədirovun olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31