Ermənini bağışlamadılar: Avroliqadakı hakimə şok cəza!
7 Avqust 2013 16:03 İdmanErmənistanlı FİFA hakimi Andranik Arsenyan ömürlük cəzalandırılıb. Milli.Az Apasport.az saytına istinadən xəbər verir ki, bununla bağlı qərar çıxaran Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi onun köməkçisi olan Oqanes Ayvazyanla bağlı da analoji qərar çıxarıb.
Buna səbəb Arsenyanın Avropa Liqasının I təsnifat mərhələsində "İnter" (Finlandiya) - "Vikinqur" (Farer adaları) oyununda qərəzli idarəçiliyidir. Belə ki, gözlənilmədən qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələndiyi matçda hakim 2 absurd penalti təyin edib. O, bukmeker kontorlarında qazanmaq məqsədilə matçın taleyinə təsir edib. İlk matç qolsuz bərabərliklə nəticələndiyindən, Farer adalarının təmsilçisi mərhələ adlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31