Ünal Aysal: "Əziz Yıldırımla bir yerdə əyləşməyimiz mümkün deyil"
7 Avqust 2013 19:34 İdman"Fənərbaxça" prezidenti Əziz Yıldırımın "Mən "Qalatasaray" rənglərinə nifrət edirəm" deməsindən sonra, iki əzəli rəqib arasında gərginlik yaranıb. Siasport.az saytı xəbər verir ki, artıq "Qalatasaray" tərəfi Ə.Yıldırımı "arzuolunmaz şəxs" elan edib. Belə ki, "Qalatasaray" prezidenti Ünal Aysal, heç bir zaman Ə.Yıldırım ilə bir sırada əyləşməyəcəyini deyib. İstanbul klubunun prezidenti elan edib ki, Ə.Yıldırımın "Qalatasaray" barədə dediyi sözlərdən sonra, Super Kubok qarşılaşmasında "Fənərbaxça" prezidenti ilə yanaşı əyləşməyi düşünmür. O əmin olduğunu deyib ki, Türkiyə Futbol Federasiyası bu məqamı nəzərə alaraq tədbir görəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31