"Borussiya" Levandovskini "Bavariya"ya satmadı!
7 Avqust 2013 19:42 İdmanAlmaniyanın "Bavariya" futbol klubunun "Dortmund "Borussiya"sının ulduz futbolçusu Robert Levandovskini transfer etmək istəyi deyəsən baş tutmayacaq. Siasport.az saytı xəbər verir ki, son bir neçə il ərzində "Borussiya"da uğurlu çıxışı ilə Avropanın bir çox qabaqcıl futbol klublarının diqqət mərkəzinə düşən R.Levandovskini "Bavariya" klubu heyətinə qatmaq istəyirdi. Amma klubun prezidenti Karl Henz Rummenige jurnalistlərə bildirib ki, "Borussiya" rəhbərliyi ilə aparılan danışıqlar səmərəsiz olub. Belə ki, Dortmund təmsilçisi polyak əsilli futbolçusunu heyətdə saxlamağa qərarlıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31