“Skenderbeu” mübarizəni dayandırdı
7 Avqust 2013 20:13 İdmanÇempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsində təmsilçimiz "Neftçi"ni mübarizədən kənarlaşdıran "Skenderbeu" doğma azarkeşləri önündə Qazaxıstanın "Şaxtyor" klubu ilə üz - üzə gəlib.
Bu matçda rəqibini məğlub edən (3:2) alban təmsilçisi səfərdə 3:0 hesabı ilə uduzduğu üçün ÇL-dəki mübarizəsini dayandırıb.
Qeyd edək ki, "Neftçi" evdə "Skenderbeu" ilə (0:0) bərabərə qalsa da səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31