Messi, Riberi yoxsa Ronaldo?

UEFA versiyası üzrə ən yaxşı futbolçu adına 3 namizəd

Lionel Messi, Frank Riberi və Kriştiano Ronaldo 2012-2013-cü il mövsümündə UEFA versiyası üzrə ən yaxşı futbolçu adına 3 namizəd siyahısına düşüblər. ANS PRESS-in UEFA-ya istinadən verdiyi xəbərə görə, İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi, Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi və "Real Madrid"in forvardı Kriştiano Ronaldo jurnalistlərin və bütün UEFA assosiasiyalarından olan nümayəndələrin səsverməsi ilə seçiliblər. Qalib avqustun 29-da Monakoda Çempionlar Liqasının qrup mərhələ püşkatması zamanı məlum olacaq.

Messi İspaniya çempionatında "Barselona"nın heyətində 46 qol vurub və 5 dəfə dünyanın ən yaxşı futbolçusu adını alıb. Ronaldo 2012/13-cü ildə Çempionlar Liqasının ən yaxşı bombardiri olub. Riberi isə "Bavariya"nın çempionluq titulunun qazanmasında mühüm xidməti olub.
4. Arien Robben
5. Robert Levandovski
6.Tomas Müller
7.Bastian Şvaynştayqer
8.Qaret Beyl
9.Zlatan İbrahimoviç
10. Robin van Persi
Qeyd edək ki, UEFA versiyası üzrə ən yaxşı futbolçuya mükafat 3-cü dəfə veriləcək. Bu mükafat UEFA prezidenti Mişel Platininin təşəbbüsü ilə yaradılıb. 2010/11-ci ildə Lionel Messi, 2011/12-ci ildə isə Andres İnyestaya verilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31