AFFA-dan növbəti yenilik
7 Avqust 2013 02:46 İdmanAFFA daha bir yeniliyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, 2013/14-cü il mövsümündən etibarən assosiasiya tərəfindən U-12 Liqası yaradılması planlaşdırılır.
Uşaq futbolunun inkişafı, kütləviliyin artırılması məqsədilə yaradılması nəzərdə tutulmuş bu liqaya hazırlıq və komandaların cəlb olunması məqsədilə AFFA tərəfindən Bakı və regionlar üzrə görüşlərə başlanıb. Artıq Bakı, Sumqayıt və Quba şəhərləri üzrə görüşlər keçirilib. 20-dən artıq komanda U-12 Liqasında iştirak edəcəyini təsdiqləyib.
Digər regionlarda uşaq futbol məşqçiləri ilə keçirilməsi nəzərdə tutulmuş bütün görüşlərin təqvimini diqqətinizə çatdırırıq:
13.08.2013
13:00. Şəmkir Olimpiya İdman Kompleksi
17:00. Göygöl şəhər stadionu
14.08.2013
13:00. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
17:00. Qəbələ şəhər stadionu
15.08.2013
14:00. Ağsu Şəhər stadionu
17:00. Heydər Əliyev adına İmişli şəhər stadionu
16.08.2013
14:00. Cəlilabad şəhər Stadionu
17:00. Lənkəran UGİM-in stadionu