Əfsanəvi futbolçu vəfat etdi

53 yaşlı "Qol kralı" infarkdan dünyasını dəyişib

"Fənərbaxça" klubunun əfsanəsi sayılan türk futbolçu Səlcuk Yula dünyasını dəyişib. 1980-ci illərdə "sarı-lacivərdlilər" kluba damğasını vuran futbolçu soyuqqanlı oyunları və penaltiləriylə "Qol Kralı" adını alıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 53 yaşlı futbolçu evində olarkən birdən özünü pis hiss edib. Yulanın infarktdan öldüyü bildirilir.

Futbolçunun ölüm xəbərini alan azarkeşlər "Fənərbaxça" formasında xəstəxananın qarşısına toplaşıblar.

Karyerasının böyük hissəsini "Fənərbaxça"da keçirən Yula yaşıl meydanda çıxışını 1992-ci ildə "Qalatasaray"da bitirib. Onun ölümü ilə bağlı bu gün keçirilən "Fənərbaxça"-" Salzburq" qarşılaşmasına qollarına qara lent bağlayaraq çıxacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31