Ronaldinyodan türklərə üzücü xəbər

Türkiyədə gələcəyi səbirsizliklə gözlənilən ulduz futbolçu Ronaldinyo açıqlaması ilə türk azarkeşlərini üzüb. Belə ki, transferinin artıq reallaşmaq üzrə olduğu, sonra isə qərar dəyişdirilərək keçidin yanvar ayında baş tutacağı deyilən braziliyalı ulduz müqaviləsini hazırkı komandasında tamamlamaq istədiyini bildirib.
Publika.Az xəbər verir ki, "sambacı" qardaşının Türkiyəyə getməsinə səbəb özü olmadığını deyib:
"Burada çox xoşbəxtəm. Müqaviləmi komandamda tamamlamaq istəyirəm. Böyük qardaşımın Türkiyəyə olan səfəri təmsil etdiyi digər futbolçular üçün idi. Lakin yenə hər kəs məndən danışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31