"Qalatasaray" qara geydi, "qırmızı"ları yandırdı: yeni mövsümdə ilk kubok! VIDEO

Türkiyənin "Qalatasaray" klubu İngiltərənin paytaxtında təşkil olunan Emirates Cup-ın ikinci günündə "Arsenal"ı məğlub edərək kubokun sahibi oldu
Milli.Az klubun rəsmi səhifəsinə istinadən bildirir ki, "sarı-qırmızılar" sahəyə qara formada çıxmışdılar, "Arsenal" isə ənənəvi qırmızı geyimində idi. Türkiyə təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etdi.

"Arsenal"ın qolunu 39-cu dəqiqədə Teo Uolkott vurdu, "Qalatasaray"dan isə hər iki dəfədə ulduz forvard Didye Droqba fərqləndi. 78-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirdi. 87-ci dəqiqədə isə Uesli Sneyderin əla ötürməsini qola çevirdi.

Emirates Cup
04.08.2013

Emirates Stadium, London

Arsenal FC 1 - 2 Qalatasaray
Qollar:
39` - Theo Walcott (Arsenal FC), 78` və 87` - Didier Drogba (p) (Galatasaray)

"Qalatasaray": Fernando Muslera, Emmanuel Eboue, Aurelien Chedjou, Semih Kaya, Albert Riera, Felipe Melo (63` Sabri Sarıoglu), Hamit Altıntop (46` Emre Colak), Engin Baytar (33` Ceyhun Gulselam), Nordin Amrabat (88` Dany Nounkeu), Johan Elmander (Didier Drogba), Umut Bulut (46` Wesley Sneijder)

Ehtiyat oyunçular: Eray Iscan, Dany Nounkeu, Hakan Balta, Sabri Sarıoglu, Ceyhun Gulselam, Emre Colak, Wesley Sneijder, Erman Kılıc, Yekta Kurtulus, Kazım Kazım, Didier Drogba

"Arsenal": Wojceiexh Szczesny, Bacary Sagna, Per Mertesacker, Carl Jenkinson, Kieran Gibbs (67` Ignasi Miquel), Mikel Arteta, Aaron Ramsey (81` Chuba Akpom), Santi Cazorla (60` Gedion Zelalem), Theo Walcott (81` Lukas Podolski), Alex Oxlade-Chamberlain, Yaya Sanogo (60` Olivier Giroud)

Ehtiyat oyunçular: Damian Martinez, Laurent Koscielny, Chuba Akpom, Ignasi Miquel, Gedion Zelalem, Lukas Podolski, Olivier Giroud

Sarı kart
79` - Ceyhun Gulselam (Galatasaray)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31