Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edib
5 Avqust 2013 19:35 İdmanGənclər və idman naziri Azad Rəhimov Qəbələ şəhərində vətəndaşları qəbul edib. Nazirlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinləri iştirak ediblər. Müraciət edən vətəndaşlardan ən çoxu güzəştli ipoteka krediti almaq və idman sahəsində fəxri ad almaq üçün kömək istəyib. Qalan vətəndaşlar isə rayonlarda gənclər mərkəzinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi xahişi, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Qəbuldan sonra gənclər və idman naziri Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırqlar verib.