Əmrə “Bayer”i “Qalatasaray”dan üstün tutdu

"Qalatasaray"ın da transfer hədəfində olan "Bavariya"nın türk əsilli futbolçusu Əmrə Can "Bayer"ə keçib. Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Əmrə ötən mövsüm "Bavariya"nın heyətində 4 çempionat oyununa çıxıb və 1 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31