“Snejder yalnız mənə məxsusdur”

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Qalatasaraylı futbolçu Vesley Snejderin həyat yoldaşı Yolante Kabao məşhur dərgilərin birində onun dilindən səslənən fikirləri inkar edib. Yolante Kabao "Grazia" jurnalında dərc olunan "Snejder otaqda mənə bəzi yeniliklər təklif etsə onunla daha da yaxın olaram" ifadəsinin ona aid olmadığını deyib. O həmçinin həyat yoldaşını kimləsə paylaşmaq istəmədiyini də vurğulayıb: "Onu kiminləsə paylaşmaq istəmirəm. Snejder yalnız mənə məxsusdur. Biz çox xoşbəxtik. Onsuz bir an belə yaşamaram. Şəxsi həyatımızla bağlı hər şey yalnız bizə məxsusdur. Bu başqalarını maraqlandırmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31