"Real" Madrid ilə Mourinyo qələbə qazandılar

Milli.Az-ın məlumatına görə, Amerikada keçirilən Beynəlxalq Çempionlar Kubokunda bu gün Bakı vaxtı ilə səhərə yaxın 2 oyun olub.

"Çelsi" "İnter" Milanla qarşılaşıb. Joze Mourinyo köhnə komandası "İnter"ə 2:0 hesabı ilə qalib gəlib.

"Real" Madrid Arizonada "Los-Anceles Gelaksi" klubu ilə qarşılaşıb. "Kral" klubu rəqibini 3:1 hesabı ilə məğlub edib.

Çelsi 2- 0 İnter
Qollar: Oskar (13), Azard 29 (pen)

Real Madrid 3-1 Los-Anceles Gelaksi
Qollar: Di Mariya (15), Benzema, (50),( 75) - Vilyareal, 63

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31