Fabio Kapello daha 5 il Rusiya yığmasında
1 Avqust 2013 20:04 İdmanAzərbaycan yığmasının cari seçmə mərhələdə rəqibi olan Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello 2018-ci ilə kimi postunda qalacaq. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis yaxın vaxtda milli ilə müqaviləsini 5 illiyə uzadacaq.
İtaliya mətbuatının yazdığına görə, həmyerlilərinin vəzifəsində qalmağını ölkə prezidenti Vladimir Putinin özü Rusiya Futbol İttifaqı qarşısında təkid edib.
Qeyd edək ki, təcrübəli çalışdırıcı 2012-ci il Avropa çempionatından sonra Rusiya yığmasının baş məşqçisi postuna keçərək, cari seçmə mərhələdə vahid liderdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31