“Beşiktaş”da yeni sima
1 Avqust 2013 20:11 İdmanBir müddət əvvəl "Sivasspor"dan Maykl Eneramonun keçidini rəsmiləşdirən "Beşiktaş" yay "transfer pəncərəsi" dövründə sıralarını genişləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi bu dəfə PSV-dən Atiba Hatçinsonu sıralarına qatıb. "Qara qartal" kanadalı yarımmüdafiəçinin ilinə 1 milyon, hər oyuna görə isə 10 min avro verəcək.
Eneramo açıqlamasında "Beşiktaş"a keçməsindən xoşbəxt olduğunu söyləyib: "2 il İsveçdə, 3 il Danimarkada oynadım. Sonuncu dəfə Hollandiyada idim. Mən hər mövqedə oynaya bilərəm".
Karyerası ərzində "Helsinborq" və "Kopenhagen"in də şərəfini qoruyan 30 yaşlı kanadalı mərkəz yarımmüdafiəçisi funksiyasını yerinə yetirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31