Ronaldo futbolu beysbola dəyişir

"Real"ın hücumçusu Kriştiano Ronaldo özünü digər idman növündə sınayacaq. Apasport.az saytının məlumatına görə, "Kral klubu"nun futbolçusu Amerikanın MLB beysbol liqasında keçiriləcək "Los-Anceles Cocers" - "Nyu-York Yankiz" matçında ilk atış edəcək.
Bu haqda Portuqaliya millisinin futbolçusu "twitter"dəki profilində yazıb.
Qeyd edək ki, "Nyu-York Yankiz" 112 illik tarixində 27 dəfə ABŞ çempionu olub. Bu komandaların yarışları ölkədə klassik beysbol matçı hesab edilir. Onlar dünya seriyasında 11 dəfə üz-üzə gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31