Pelleqrini: "Mən "Real"ın oyunçusu haqda heç nə deməmişəm"
27 İyul 2013 02:21 İdmanMilli.Az sportnews-a istinadən xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini "Real" Madridin müdafiəçisi Pepe ilə maraqlanması xəbərlərini təkzib edib. Çilili mütəxəssis doğru olmayan şeylərə münasibət bildirməyin tərəfdarı olmadığını vurğulayıb:
"Mən şayiələrə münasibət bildirmirəm. Hər hansı bir futbolçu haqda heç bir yerdə heç nə demərəm. Bu, bizim klubumuzun imicinə zərbə endirər. Ona görə də Pepe haqda heç nə deyə bilməyəcəyəm. Qarşıda hələ avqust ayı var. Nə olacağına baxarıq"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31