Qurban Qurbanov: “İndiki rəqibimiz də əvvəlki ilə eyni oyun tərzinə malikdir”
“Oyunların çətin keçəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkündür”
26 İyul 2013 17:31 İdmanMəlum olduğu kimi dünən Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ölkəmizin üç klubu mübarizə aparıb. "İnter" və "Xəzər Lənkəran" klubları növbəti mərhələyə keçə bilməsələr də "Qarabağ" klubu Polşanın "Piast" klubu ilə bərabərlikdən sonra III mərhələyə yüksəlib.
"Qarabağ" klubunu təbrik etmək üçün baş məşqçi Qurban Qurbanovla əlaqə saxladıq. Qələbə münasibəti ilə baş məşqçini və komandasını təbrik etdikdən Qurban Qurbanov qələbə təssüratlarını "Olaylar"a bildirdi: "Bu oyundan xoş təəssüratla ayrıldım. Iki oyunun nəticəsinə görə sevinən tərəf biz olduq. Çox çətin və maraqlı qarşılaşma keçdi. Əlavə olunmuş vaxtda vurduğumuz top bizə qələbə gətirdi. Mərhələ keçdikcə rəqiblər daha da güclənir. Qarşıdakı oyunlarda da bizi çətin rəqiblər gözləyir. Oyunların çətin keçəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Rəqibimizi dərindən araşdıracağıq, video yazılarına baxıb oyun tərzlərini müəyyən edəcəyik".
Baş məşqçi komandanın qarşılaşdığı çətin vəziyyəti də dəyərləndirib: "Ən çox ehtiyat etdiyimiz vəziyyət hava hücumları və standart vəziyyətlərdir. Son oyunumuzda da ilk qolumuzu standart vəziyyətdən vurulmuş zərbə nəticəsində qapımızda gördük. Indiki rəqibimiz də demək olar ki, əvvəlki rəqibimizlə eyni oyun tərzinə malik komandadır".
Qeyd edək ki, "Qarabağ" klubunun növbəti mərhələdə rəqibi Belçikanın "Gefle" klubudur. Cavab oyunları avqustun 1-i və 8-də keçiriləcək.
Sevda Qurbanqızı