“Barselona”dan böyük jest

"Olaylar" xəbər verir ki, İspaniyanın "Barselona" klubu xərçəng xəstəliyindən müalicə olunan keçmiş baş məşqçisi Tita Vilanovanın müqaviləsi bitənədək əmək haqqısını ödəməyə davam edəcək. Qeyd edək ki, Vilanovanın klub ilə müqaviləsinin bitməsinə bir il qalıb. Klub bir il ərzində baş məşqçiyə aylıq 6.5 milyon sterlinq ödəyəcək.

Məlumatda həmçinin qeyd olunur ki, klub rəhbərliyi baş məşçinin xəstəliyindən məyus olduqlarını, lakin bunu qəbul etmək məcburiyyətində qaldıqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31