“Neftçi”nin yeni baş məşqçisi kim ola bilər?
Rəhbərlik bu vəzifə üçün Nazim Süleymanovu düşünür
26 İyul 2013 10:48 İdmanİki ildir "Neftçi"nin baş məşqçi postunda çalışan Böyükağa Hacıyev verib. Təcrübəli mütəxəssis "Skenderbu" məğlubiyyətindən sonra istefa ərizəsini rəhbərliyə təqdim edib ve onun gedişi rəsmiləşib."Ağ-qaralar" Çempionlar Liqasındakı uğursuzluğu unutdurmaq və baş məşqçi postundakı boşluğun uzun sürməsinin qarşısını almaq üçün dərhal hərəkətə keçiblər. Namizədlər arasında ön plana bir mütəxəssis çıxıb.Rekord.az-a kluba yaxın mənbədən verilən məlumata görə, bu, hazırda millinin baş məşqçisi Berti Foqtsun köməkçisi olan Nazim Süleymanvdur.Klub prezidenti Sadıq Sadıqovun simpatiya bəslədiyi və hörmet etdiyi bu mütəxəssisə boşalan postu tutmaq təklif olunub. Mənbənin sözlərinə görə, Süleymanov düşünmək üçün vaxt istəyib. Nazim bəyin təyinatının millidəki işi tərəfinə gəlincə, burda heç bir problem olmayacaq.Cünki AFFA prezidenti Rövnəq Abdullayev artıq bu işə öz "dobro"sunu verib. Nazim Suleymanovun təyinatı yaxın müddətdə açıqlanacaq.