Lənkəranda fövqəladə vəziyyət elan olunub
Şəhərdə çoxlu polis qüvvələri toplaşıb
25 İyul 2013 19:33 İdmanBu gün Lənkəran şəhər stadionunda UEFA Avropa Liqanın II təsnifat mərhələsi çərçivəsində "Xəzər Lənkəran" klubu İsrailin "Makkabi" klubu ilə qarşılaşacaq. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda şəhərdə fövqəladə vəziyyət yaranıb.
"Hazırda stadionda coxlu polis qüvvələri var. Daxili Qosun əsgərlərinin itlərlə və silahla gəzməsi də doğrudur. Bildiyimə görə, bu gun bas tutacaq "Xəzər Lənkəran"-"Makkabi" oyununun muhafizəsi birbaşa DİN-in nəzarətindədir.
Xatırladaq ki, bir neçə gün öncə "Makkabi" klubunun futbolçularını Azərbaycanda İsrailin kəşfiyyat idarəsi(MOSSAD)ın qoruyacağı barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Makkabi" qarşılaşması bu gün saat 21:00-da başlayacaq