"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev istefa verdi

bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib.  Klubdan Trend-ə bildiriblər ki, iclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib. Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.

"Neftçi" sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31