Arda Turan komanda yoldaşına “Qurani-Kərimi” öyrədir
25 İyul 2013 18:07 İdman"Olaylar" xəbər verir ki, İspaniya La Liqasında çıxış edən klublardan olan "Atletiko Madrid"in braziliyalı sol cinah oyunçusu Filip Luiz komanda yoldaşı Arda Turandan bəhs edərkən "Mən ona portuqal dilini, o da mənə türk dilini öyrədir. Eyni zamanda Qurani-Kərim haqqında da çox şey öyrədir" fikirlərini ifadə edib. Luiz La Liqada Türkiyəni təmsil edən Arda Turanın çox yaxşı futbolçu olduğunu dilə gətirərək Arda kimi çox böyük ürəyə sahib olan, ürəyiaçıq bir dosta sahib olmasından qürur duyduğunu qeyd edib.
Ötən mövsümün birinci yarısında "Atletiko Madrid"də forma geyindikdən sonra "Fənərbaxça"ya qayıdan Emre Belözoğlu ilə də tez-tez telefon əlaqəsi saxladıqlarını dilə gətirən Luiz Emrenin də yaxşı bir dost olduğunu diqqətə çatdıraraq "Futbol və həyat haqqında mənə çox şey öyrətdi. Ümid edirəm ki, "Atletiko Madrid"e daha çox futbolçu gələr, çünki hamısı yaxşı insanlardır".
"Türkcə hansı kəlimələri bilirsən?" sualına Filip Luiz "Deməsəm daha yaxşı olar" deyə cavab verib.