Branimir Subaşiç “Mersin İdman Yurdu”na qarşı oynamaya bilər
24 İyul 2013 20:10 İdmanMilli komandamızın hücumçusu Branimir Subaşiçin "Orduspor"da debütü gecikə bilər. Apasport.az saytının məlumatına görə, bu gün Boluda "Mersin İdman Yurdu" ilə baş tutmalı olan yoxlama oyununda oynamaya bilər.
Belə ki, baş məşqçi Ərkan Sözəri ilk yoxlama oyununda daha çox baxışa gələnlərə və gənc oyunçulara şans vermək fikrindədir. Bununla da o, həmin oyunçuların son durumunu görmək imkanl əldə edəcək.
Qeyd edək ki, "Orduspor" - "Mersin İdman Yurdu" matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31