Radamel Falkao yaşını açıqladı
24 İyul 2013 20:24 İdman"Monako"nun yeni transferi Radamel Falkao yaşının 27 deyil, 29 olması ilə bağlı səslənən iddiaları cavablandırıb. Qol.Az-ın məlumatına görə, kolumbiyalı hücumçu tvitter hesabından yaşını kiçiltmədiyini deyərək xəbərləri təkzib edib: "Bu cür xəbərlər məni çox təəccübləndirir. Bu iddiaları rədd edirəm. Yaşım 27-dir".
Qeyd edək ki, Kolimbiyanın "Noticias Uno" telekanalı futbolçunun yaşının 29 olduğunu iddia edib. Hətta kanal bu barədə Falkaoya aid sənədlər də yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31