Maradona əməliyyat olundu
Tanınmış futbolçu gözünün altındakı qırışları aradan qaldırmaq istəyib
24 İyul 2013 20:41 İdmanƏfsanəvi futbolçu Dieqo Maradona əməliyyat olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Argentina yığmasının keçmiş baş məşqçisi Mendosa şəhərində gözünün altındakı qırışları aradan qaldırmaq üçün əməliyyat keçirib.
Həkimin sözlərinə görə, əməliyyat uğurlu keçib: "Bu adi tibbi prosedurdur. Maradona çox yaxşı pasientdir və hazırda özünü yaxşı hiss edir."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31