İnyesta: ""Tata" ideal seçimdir"

"Barselona"nın futbolçusu Andres İnyesta yeni və keçmiş baş məşqçiləri haqqında danışıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi yeni çalışdırıcıları Xerardo Martinonun ideal seçim olduğunu deyib: "Əgər klub onu seçibsə, deməli, ən ideal baş məşqçi odur". Keçmiş baş məşqçiləri olan və hazırda "Bavariya"nı çalışdıran Pep Qvadriola barədə isə İnyesta bildirib: ""Bavariya" möhtəşəm komandadır və Qvardiola onları daha da güclü edəcək. Biz də güclüyük. Nələrin baş verəcəyini görəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31