Ançelotti İquainin transferi haqda danışdı
22 İyul 2013 19:40 İdman"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Qonsalo İquainin "Napoli" klubuna transfer olunduğu haqda xəbərləri yalanlayıb.
"Napoli"nin İquain üçün göndərdiyi təklifə razı olduğumuz haqda xəbərlər doğru deyil. Bu haqda mənim xəbərim yoxdur. Qonsalo hələ də "Real"ın futbolçusudur. Onunla yaxında bu mövzuda söhbət etdim. Yeni xəbərlər gəlməyincə, İquain bizim futbolçumuz olaraq qalacaq. Mən də bunu istəyirəm. İquain "Real Madrid"in vacib bir hissəsidir. Onun transfer qiymətini müzakirə etmək isə mənim işim deyil
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31