Robben: "Qvardiola komandanı dəyişdirməsə..."
22 İyul 2013 19:49 İdman"Bavariya"nın futbolçusu Aryen Robben yeni baş məşqçisi Pep Qvardiola haqqında müsbət fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, Hollandiya yarımmüdafiəçi "Kicker"ə açıqlamasında ispan mütəxəssisdən hər zaman müsbət enerji aldıqlarını deyib: "Bu komandada bəzi şeylər dəyişəcək. Çünki onun öznəxas bir fəlsəfəsi var. Bu da çox yaxşıdır. Komandanı hər zaman təzə tutmağa çalışır. Bununla da, daha güclü olacağıq". Robben, həmçinin bildirib ki, Qvardiola heç bir şeyi dəyişdirməsə, onun uğurlar əldə etməsi daha çətin ola bilər: "İnsanlar ötən mövsüm hər şey yaxşı getdi deyə əvvəlki kimi olmağa davam edəcəyimizi düşünür. Ancaq Qvardiolanın sayəsində bir daha fərqli olacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31